"Ərim mənə "gülüm" deyir" - "Toppuş bacı"

"Ərim mənə "gülüm" deyir" - "Toppuş bacı"
20:52 21 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Əliyeva "5/5" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa həyat yoldaşı Royaldan danışıb.

O, aparıcının "Sizə "Toppuş" deyim, yoxsa... Evdə eşqin səni necə çağırır" sualına belə cavab verib:

"Anam məni Tünzalə, atam Tünzələ, bəziləri Tüniş çağırır. Amma Tuzik deyən də var. Həyat yoldaşım isə mənə "gülüm" deyir.

Tələbə olan vaxtlarımda çətin dövr idi. Atam həm zavodda, həm də evlərdə işləyirdi ki, mən çətinlik çəkməyəm. Bu gün qazandığım hər şeyi atama borcluyam".

T.Əliyevanın görünüşündə dəyişiklik etməsi də diqqət çəkib. O, qara saçlarının yarısını boz rəngə boyatdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR