“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər 1 min manat məbləğində iştirak haqqı ödəməlidir.
İştirakçılar tələb olunan sənədləri iyunun 1-i saat 18:00-a, tender təkliflərini isə iyunun 8-i saat 18:00-dək “Azərsu”ya (Bakı, Moskva prospekti, 67) təqdim etməlidirlər.
İddiaçıların təklifləri iyunun 9-da (saat 15:00-da) açılacaq.