“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, M.Cəlal Paşayev küçəsində baş verib.
1973-cü il təvəllüdlü Əhmədov Rüstəm 4-cü mikrorayon, naməlum şəraitdə bıçaq xəsarətləri alıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhıli bilinən Daşkəsən rayon sakini, 1985-ci il təvəllüdlü Tahir İsgəndərov tutulub.
Araşdırmalar davam etdirilir.