Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir

Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir
18:23 7 Yanvar 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev Fransada baş vermiş terror aktı barədə Trend-in sorğusunu cavablandırarkən bildirib.

O, qeyd edib: "Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə başsağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik".

H.Hacıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: "Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilinməz".

XİN rəsmisi əlavə edib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR