Praqa - açıq səma altında muzeylər şəhəri

Praqa - açıq səma altında muzeylər şəhəri
17:07 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Müasir Praqa Şərqi Avropanın mühüm mədəni və siyasi mərkəzidir. Bir çox təşkilatların və şirkətlərin Çexiya paytaxtında regional ofislərini açmağa üstünlük verməsi təəccüblü deyil. Bunun müəyyən səbəbləri var.
"Report" oxucularına Praqadan fotoreportaj təqdim edir.
Muzeylər şəhəri
Avropanın sanki mərkəzində yerləşmiş Çexiyanın paytaxtının coğrafi mövqeyi olduqca uyğundur. Belə ki, demək olar, bütün əsas nəqliyyat qovşaqları buradan keçir. Buradan təyyarə ilə 3 saat ərzində Avropanın istənilən nöqtəsinə çatmaq mümkündür.
Belə yerləşmə yalnız biznesmenlərə yox, həm də mədəniyyət xadimlərinə, alimlərə və tələbələrə münasibdir. Belə ki, Praqada çox yüksək keyfiyyətli təhsil verən çoxsaylı ali təhsil ocaqları fəaliyyət göstərir. Muzeylərə getmək istəyənlər üçün isə Praqa bəlkə də ən uyğun yerdir. Bu şəhərdə bütün mümkün sahələri əhatə edən - oyuncaq muzeylərindən 18+ kateqoriyalı muzeyə qədər hər cür muzey var. Ümumiyyətlə, Praqanın özü səma altında muzeydir.
Karlov körpüsü
Çexiya paytaxtının ən görməli yerlərindən biri kimi Praqa qəsrini göstərmək olar. Burada mümkün olan bütün növ suvenir mağazaları, emalatxanalar və un məmulatları satılan məkanlar var. Praqa qəsrinin kiçik küçələri ilə gəzərkən sanki 5 əsr əvvələ qayıdırsan. Hər şey orta əsrlərdə olduğunu xatırladır.
Lakin Praqanın ən görməli yeri kimi daim ora-bura gedən turistlərlə dolu Karlov körpüsü hesab olunur. Vltava çayı üzərində salınan körpü XIV əsrdə tikilib, 1870-ci ildə isə böyük Çex kralı IV Karlın şərəfinə Karlov körpüsü adlandırılıb. Körpü əsasən dini məzmunlu olan 30 heykəl ilə bəzədilib. Burada ən məşhur heykəltəraşlıq nümunəsi çex katolik müqəddəs Yan Nepomutskinin abidəsidir. Rəvayətə görə, Yan Nepomutski daim kilsə ilə mübahisə edərək dünyəvi dəyərləri müdafiə edib. Kralı qəzəbləndirdiyinə görə onu Vltava çayına atıblar. Deyilənə görə, onun meyitinin çayın dərinliklərinə daldığı yerdə su üzərində 5 ulduz formasında işıqlanma görüblər və o vaxtdan bəri müqəddəs başı üzərində beş ulduzla təsvir olunur.
Körpüdə həmçinin "Bakirə Məryəm uşağı ilə və müqəddəs Anna" abidəsi var. İnanca görə, abidəyə toxunsan və ürəyində arzu tutsan, o, heç şübhəsiz, yerinə yetəcək. Sevgili cütlüklər isə ayrılmaz sevgi rəmzi kimi körpünün mühəccərinə kilid asmalıdırlar.
Praqa astronomik saatı
Bu, dünyada hələ də işləyən göstərən yeganə astronomik saatdır. 1410-cu ildə Köhnə şəhər meydanında tikilmiş unikal saat nəinki cari vaxtı, həm də ayın hansı mərhələdə olduğunu, bürcləri göstərir. Hər saat başında saat kurantları beş dəqiqəlik təqdimata başlayır. Belə ki, saatın üzərindən 12 həvari çıxır və hərəkət edir. Onlardan ən maraqlısı insan skeleti fiqurudur ki, o, kurantların ahəngini pozur və bununla dünyada heç nəyin əbədi olmadığını, nəvaxtsa zamanın dayanacağını göstərir.
Saatdakı digər fiqurlar isə insan ən başlıca günahlarını simvolizə edir.
Rəqs edən bina
Praqa ora gələn qonaqları yalnız qədim yox, həm də müasir memarlıq nümunələri ilə qarşılayır. Belə nümunələrdən ən tanınmışı rəqs edən binadır. Bina həm də ikinci adı ilə - məşhur amerikalı rəqqasların şərəfinə Fred və Cincer kimi də tanınır. Binanın tikintisi 1996-cı ildə başa çatıb və hətta 2000 kronluq əskinasın üzərində təsvir olunub.
Deyilənə görə, binanın layihəsi əvvəlcə cəmiyyət tərəfindən qəbul edilməyib və vətəndaşlar yeni tikilinin köhnə Praqa evlərinin peyzajına uyğun gəlmədiyini bildiriblər. Lakin Çexiyanın o vaxtkı prezidenti Vatslav Qavel layihəyə hər cür dəstək verib və müdrik prezident fikrində yanılmayıb. Bu gün Çexiya paytaxtına qonaq gələn hər bir şəxs müasir memarlıq möcüzəsini canlı görməyi özünə borc bilir.














Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/praqa-aciq-sema-altinda-muzeyler-seheri-fotoreportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR