Beyin oxuyan cihaz kəşf etdilər - Düşüncələri hamı biləcək

Beyin oxuyan cihaz kəşf etdilər - Düşüncələri hamı biləcək
19:32 1 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Yapon elmi özünün orijinal kəşf və ixtiraları ilə dünyanı təəccübləndirməkdə davam edir. 

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, Yaponiyanın Toyohaşi Texnologiya Universitetinin alimləri beyin dalğalarındakı elektrotları təqib etməklə insanın fikirlərini oxumağı bacarıblar. Məxsusi olaraq düşüncələri oxumaq üçün xüsusi cihaz da ərsəyə gətirilib.

EEG adı verilən cihaz insanın beynindəki düşüncələri oxumaqla yanaşı onu başqalarına ötürə bilmək qabiliyyətinə də malikdir. Cihazı idarə edən proqram rəqəmləri 90 faiz, sözləri isə 61 faiz qədərincə tanıyır. Yəni, biz danışmadan, kəlmə kəsmədən beynimizdə rəqəmlər haqqında düşünsək, cihaz düşüncələrimizin 90 faizini yaza biləcək. Söz və cümlələrdə isə faiz göstəricisi nisbətən aşağıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR