Almaniya kansleri Angela Merkel Səudiyyə Ərəbistanına səfəri zamanı baş örtüyündən imtina edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Merkel kral Salman bin Abdul-Əziz əl-Saudla görüşdə də dress koda əməl etməyib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama da Səudiyyə Ərəbistanına səfər zamanı baş örtüyündən imtina etmişdilər.
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində