Dostunu öldürüb polisə getdi - Azərbaycanda

Dostunu öldürüb polisə getdi - Azərbaycanda
10:52 2 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində baş verən qətlin təfərrüatı məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, mayın 1-də axşam saatlarında şəhər sakini, 1985-ci il təvəllüdlü Sakit Tofiq oğlu Alıyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyata alınan yaralının həyatını xilas etmək mümkün olmayıb və S.Alıyev orada ölüb. 

Baş Prokurorluqdan sayta verilən məlumata görə, hadisəni törədən şəxs, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Zirəddin oğlu Mürsəlov könüllü olaraq polisə təslim olub. İstintaqa ifadə verən E.Mürsəlov mərhumla dost olduğunu və hadisəni şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı törətdiyini bildirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR