Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqlayıb

Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqlayıb
11:47 2 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqlayıb. "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospektində yerləşən parkda 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaqlanıb. O xəstəxanaya yerləşdirilib. S.Məhərrəmova xəstəxanada polislərə ilkin ifadəsində bildirib ki, parkda gəzərkən naməlum şəxs onun çantasını əlindən almaq istəyib. Qadın müqavimət göstərərkən bıçaqlanıb.
Xəstəxananın həkim-cərrahı Bəhram Zeynalov "Report"a açıqlamasında bildirib ki, S.Məhərrəmovanın vəziyyəti ağırdır. S.Məhərrəmova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-30-yasli-qadinin-cantasini-almaq-isteyen-sexs-onu-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR