Səlim Müslümov: “Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr arasındadır”

Səlim Müslümov: “Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr arasındadır”
12:32 2 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ “Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr arasındadır”.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Karyerada ilk addım” devizi altında keçirilən məşğulluq tədbirində deyib.
Onun sözlərinə görə, bu ilin ilk rübü ərzində nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclərdən ibarət olub: "Sağlamlıq imkanlar məhdud gənclərində əmək bazarlarına çıxış imkanlarına yiyələnmələri üçün müvafiq işlər aparılır. 2013-cü ilin dekabr ayında istifadəyə verilən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində bu il mayın 1-nə qədər 1056 nəfər sağlamlıq imanları məhdud gənc peşə hazırlığına qəbul edilib”. 
Nazir bildirib ki, Azərbaycanda interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşməsinə xidmət edən müəssisələrin yaradılması Beynəlxalq Əmək Bazarı tərəfindən yüksək qiymətləndirilir: “Ötən il ölkənin 10 ali təhsil müəssisəsində 370 müəssisə tərəfindən 1838 vakant iş yeri gənclərin seçiminə təqdim olunub".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/selim-muslumov-azerbaycan-gencler-arasinda-en-asagi-issizlik-seviyyesinin-oldugu-olkeler-arasindad

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR