"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, ittihama görə, M.Qasımov Bakıda qonşusu 35 yaşlı Rəşad Qasımovu söyüş üstündə bıçaqlayıb. Xəstəxanaya çatdırılan R.Qasımovun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən saxlanılan M.Qasımovun barəsində həbs qətimkan tədbiri seçilməyib.