İslam oyunlarında iştirak edəcək Türkiyənin futbol komandası Azərbaycana gələn həftə gələcək

İslam oyunlarında iştirak edəcək Türkiyənin futbol komandası Azərbaycana gələn həftə gələcək
13:37 2 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ IV İslam oyunlarında iştirak edəcək Türkiyənin futbol komandası Azərbaycana gələn həftə gələcək.
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, ümumilikdə Türkiyədən Azərbaycana 500 nəfədən ibarət nümayəndə heyəti gələcək: "Bu da Azərbaycandan sonra ikinci ən böyük nümayəndə heyətidir".
Səfir əlavə edib ki, İslam oyunlarının açılışına Türkiyənin idman nazirin gələcəyi dəqiqdir. Açılış mərasimində Tükiyənin ən yüksək səviyyədə təmsil olunub-olmayacağına barədə suala cavabında isə səfir deyib ki, hələ bununla bağlı qəti bir qərar yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slam-oyunlarinda-istirak-edecek-turkiyenin-futbol-komandasi-azerbaycana-gelen-hefte-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR