İslamiada: Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb

İslamiada: Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb
15:02 2 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün kişi boksçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, ölkə təmsilçiləri 10 çəkinin hamısında mübarizə aparacaqlar. 
Baş məşqçi Leonid Loivski Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidova (+91 kq) şans verəcək.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları 12 – 18 mayda “Bakı Kristal Zalı-2”də baş tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-kisi-boksculardan-ibaret-azerbaycan-milli-komandasinin-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR