Azərbaycanla Baham arasında diplomatik əlaqələr yaradıldı

Azərbaycanla Baham arasında diplomatik əlaqələr yaradıldı
23:32 2 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 2-də ABŞ-ın Nyu-York şəhərində Azərbaycan Respublikası ilə Baham Adaları Birliyi arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike imzalanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənəddə bildirilir ki, diplomatik əlaqələrin yaradılması iki ölkə və xalq arasında qarşılıqlı anlaşmanı təşviq etmək, əməkdaşlığı gücləndirmək niyyətindən irəli gəlir və BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa, xüsusilə də beynəlxalq sülh və təhlükəsizlik, dövlətlərin suveren bərabərliyi, milli suverenliyə hörmət, müstəqillik, ərazi bütövlüyü, dövlətlərin daxili işlərinə qarışmama və beynəlxalq müqavilələrə hörmət prinsiplərinə əsaslanır.

Birgə Kommünikeni iki ölkənin BMT yanında daimi nümayəndələri - Yaşar Əliyev və Elliston Rahming imzalayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR