Bakıda “Heydər Əliyev-dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib

Bakıda “Heydər Əliyev-dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib
12:12 3 May 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Bakıda “Heydər Əliyev-dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib.
“Report”un xəbərinə görə, konfrans Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən DTX sədri, general-leytenant Mədət Quliyev deyib ki, Azərbaycanın dövlət müstəqilliyi uğrunda müstəsna rolu olan ümummilli lider Heydər Əliyev bütün sahələri inkişaf etdirib: “O, xüsusi xidmət orqanlarının formalaşmasına böyük əmək sərf edib. Heydər Əliyev gələcək nəsillər üçün məktəb yaradıb”.
O bildirib ki, Heydər Əliyev ölkənin təhlükəsizlik orqanlarında milliləşdirmə siyasəti aparıb, kadrların hazırlanmasında mühüm rol oynayıb: “Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxan qüvvələr var idi. Amma o, bu siyasəti davam etdirib. Heydər Əliyev ziyalları milli ideyalara görə təzyiqlərdən, həbslərdən qurtarıb. Ulu öndərin təhlükəsizlik oranlarında əməliyyat təcrübəsi bu gün də öyrənilir, şəxsi heyətə aşılanır. O dövrdə torpaqlarımızın ermənilərə verilməsinin qarşısının alınması, ana dilimizin qorunmasında Heydər Əliyevin rolu böyük olub. Onun apardığı siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ulu öndərin fəaliyyəti sadə dövlət etalonudur. Onun apardığı siyasət gənclərə öyrətmək lazımdır”.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Heydər Əliyevin xidmətlərindən danışıb: “Heydər Əliyevin şah əsəri olan, uğrunda mübarizə apardığı Azərbaycan inkişaf edir. O, həyatı boyunca bir çox ilklərə imza atıb. Bunların ən əsası Azərbaycan dövlətinin müstəqilliyidir. Heydər Əliyev Azərbaycanın ziyalı nəslini himayə edib. Onun təşəbbüsü ilə yüzlərlə gənc Rusiyada və Ukraynada təhsil almağa göndərilib. Onun fəaliyyəti nəticəsində sovet ordusunda azərbaycanlı zabitlərin sayı artdı, sonra həmin zabitlər müstəqillik illərində fəallıq göstərdilər. Onun rəhbərliyi ilə təhsil, səhiyyə sistemi inkişaf etdi, milli kadr potensialı yarandı. 1990-cı illərdə Azərbaycan xalqını yox olmaq təhlükəsindən qorudu. Milli təhlükəsizlik sistemində çalışan digərlərinin əməyini inkar etmirik. Bu faktdır ki, Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi. Ümummilli liderin yaratdığı siyasət bu gün İlham Əliyevin tərəfindən davam etdirilir. Azərbaycanda siyasi sabitliyin qorunması əsas məsələdir. Burada təhlükəsizlik orqanlarının əməyi böyükdür”.
Tədbir çıxışlarla davam etdirilib.













Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bakida-heyder-eliyev-dovlet-tehlukesizlik-orqanlarinin-ilk-azerbaycanli-generali-movzusunda-umumre

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR