Parisli taksi sürücüsü 1,5 milyon avro dəyərindəki fotonu sahibinə qaytarıb

Parisli taksi sürücüsü 1,5 milyon avro dəyərindəki fotonu sahibinə qaytarıb
12:47 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Parisli taksi sürücüsü sahibinin avtomobildə unutduğu 1,5 milyon avro dəyərindəki fotonu onun özünə qaytarıb.
"Report" UPI-yə istinadən xəbər verir ki, daha öncə art-dilerin italyan rəssam Luço Fontananın əl işi olan əsəri avtomobildə unutduğu məlum olub. Məlumata görə, məşhur qalereyaçılar ailəsinin varisinin başı zəngə cavab verməyə qarışdığından fotonu götürməyi unudub.
Art-diler yardım üçün polisə müraciət edib. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, taksi sürücüsü şəkli geri qaytarıb.
Söhbət L.Fontananın "Concetto spaziale" seriyasından olan 1965-ci ilin fotosundan gedir.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/parisli-taksi-surucusu-1-5-milyon-avro-deyerindeki-fotonu-sahibine-qaytarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR