x
Loading...
.

Ağcabədidə qonşusunun iki avtomobilini yandıran müəllim tutulub

Ağcabədidə qonşusunun iki avtomobilini yandıran müəllim tutulub
14:32 3 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Ağcabədi. 3 may. REPORT.AZ/  Ağcabədi rayonunda qonşusunun avtomobilini yandıram müəllimi tutulub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Taxtakörpü qəsəbəsinin Qarakeş obasında qeydə alınıb.
Belə ki, laçın rayonundan məcburi köçkün Xanalı Muradalı oğlu Verdiyevin bir neçe müddət bundan öncə müxtəlif vaxtlarda iki avtomobili yandırılıb. 
X.Verdiyev Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus "VAZ-21015" və "Mercedes-190" markalı iki avtomobili yandırılıb.
Ağcabədi RPŞ-nın əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı avtomobilləri yandırmaqda şübhəli bilinən Qarakeş obasının orta məktəbinin tarix müəllimi İkram Sərdar oğlu Şükürov tutulub. 
Şübhəli şəxs qismində saxlanılan İ.Şükürov ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.
O, istintaqa verdiyi ifadəsində bildirib ki, qonşusunun iki avtomobili olduğu halda onun avtomobili yoxdur və hadisəni gecə vaxtı qonşusunun həyətinə girərək bu səbəbdən törədib. 
Faktla bağlı Ağcabədi RPŞ-da cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-qonsusunin-iki-avtomobilini-yandiran-muellim-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR