“Tour d’Azerbaidjan-2017”-nin startından FOTOLAR

“Tour d’Azerbaidjan-2017”-nin startından FOTOLAR
14:48 3 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib. Bununla əlaqədar Dövlət Bayrağı Meydanında komandaların təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, tədbirə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da qatılıb. 18 ölkədən 22 komandanın təqdim edildikdən sonra yürüşün birinci mərhələsinə start verilib. İştirakçılar bu mərhələdə Bakı - Sumqayıt marşrutu üzrə 150 km məsafə qət edəcəklər. Finiş Sumqayıt şəhər icra hakimiyyətinin qarşısında olacaq.

Qeyd edək ki, ümumilikdə 5 mərhələdən ibarət “Tour d’Azerbaidjan-2017”yə mayın 7-də yekun vurulacaq.

Foto: Nurlan Gülməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR