Kürdəmirdə də yanğın hadisəsi qeydə alınıb.
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evdə baş verib.
Sevinc Orucova - Ev sahibi: "İşdən gələndə gördüm ki, ev yanır. Qısaqapanmadan olub".
Sərhəd Orucov - Zərərçəkənin qardaşı: "Qapımız açıldı ki, qardaşının evi yandı. Mən içəri girəndə gördüm ki, evin dörd bir tərəfi yanır".
Nəticədə evin 1 otağının və aynabəndin yanar konstruksiyaları 48 m2 sahədə yararsız hala düşüb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: