İstanbulda film kimi bir qətl törədilib. Cinayətin əhvalatı təxminən 3 ay əvvəl Instagram-da başlayıb.
Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, İstanbulda yaşayan 41 yaşlı Cüneyt Pala Instagram-dan yoldaşlıq sorğusu göndərdiyi Vanda yaşayan 30 yaşlı uşaq bağçası müəllimi Dilek D.-ya özünü fotoqraf və manikenlik agentliyinin sahibi olaraq tanıdıb. Pala xanımla tanış olmaq və birlikdə işləmək istədiyini söyləyib. Təklifi qəbul edən müəllim İstanbula gəlib. Pala bir hotel otağında D. -nin fotolarını çəkib. Bu fotolar qarşılığında Pala müəllimdən 30 min TL alıb. Müəllim Dilek D. -nin gözlədiyi iş təklifinin ardı gəlməyincə, onlar arasında mübahisə başlayıb. Pala müəlliməni iş üçün bu dəfə Ankaraya dəvət edib. İddiaya görə, görüşdükləri hotel otağında Pala D.-nı zorlayıb.
Verdiyi pulu almaq istəyən Dilek D. saxta bir hesab açaraq Palanın təqib etdiyi qızlarla ünsiyyətə keçib. Bu kəslərdən biri 22 yaşlı tələbə Gülşah Ş. olub. Gülşah Palanın onu da manikenlik vədi ilə aldatdığını, pulunu aldığını deyib. Bundan sonra D. və Gülşah Ş. pullarını geri almaq üçün bir plan qurublar. Onlar aprelin 28-də Taksim meydanının 150 metrliyində yerləşən bir hoteldə gecə üçün bir otaq kirayələyiblər. Səhəri gün biri Hataydan, digəri isə Vandan İstanbula gəliblər. Gülşah Ş. yanına bibər qazı, Dilek D. isə bıçaq götürüb.
401 nömrəli hotel otağı
Cüneyt Pala ilə ünsiyyəti davam etdirən Gülşah Ş. gecə yarısına doğru Palanı Beyoğlunda qaldığı hotelə dəvət edib. Pala qızların kirayəyə götürdüyü 401 nömrəli hotel otağına gedib. Gülşah Ş. Palaya fotoaparatı hazırlamağını, özünün bu vaxt ərzində duş alacağını söyləyərək hamama girib. Gülşah Ş. duşa girəndə Dilek D. otağın qapısını döyüb. Qapını açan Pala qarşısında Dileyi görəndə çaş-baş qalıb. Qadınların iddiasına görə, Pala Dileyin boğazından yapışıb. Bu an Gülşah Ş. arxadan gələrək bibər qazını vurub. Dilek də çantasındakı bıçaqla Palanı vurmağa başlayıb. Qan içində yerə yıxılan Pala hadisə yerində həyatını itirib. Cinayəti törədən 2 qadın hadisə barədə hotel işçilərinə xəbər veriblər. Təhlükəsizlik qrupları hotelə gedib və hadisə yerində araşdırma aparıblar.
İttihamları qəbul edən və həbs edilən Dilek D. və Gülşah Ş. həbs olunublar.
Məhəmməd Vaqif
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində