Bakı. 5 may. REPORT.AZ/ Rusiya “S-400” zenit-raket qurğusunu Türkiyəyə 500 milyon dollar satın almağı təklif edib.
“Report” RBK-ya istinadən xəbər verir ki, bu məlumatı Rusiyanın Müdafiə Nazirliyinə yaxın mənbə də təsdiqləyib.
İnformasiyaya əsasən, mayın 3-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə “S-400”ə dair məsələni müzakirə ediblər.
Qeyd edək ki, 2007-ci ildə Rusiya və İran “S-300” raket kompleksi ilə bağlı müqaviləni 900 milyon dollara imzalamışdı.