Axşam yeməyinə nə bişirim deyə düşünməyin, bu ləzzətli qızarmış toyuq və qaymaqlı göbələk sousunu hazırlayın. Fəqrli, yüngül və ləzzətli axşam yeməyinə ailənizi qonaq edin.

Lazım olan ərzaqlar

  • 1 toyuq filesi (500 qr)
  • 300 qr göbələk
  • 1 baş soğan
  • 3/4 stəkan süd
  • 2 xörək qaşığı un
  • 1 diş sarımsaq
  • İstiot
  • Duz
  • Zeytun yağı

Günün resepti: qaymaqlı göbələkli sous İlə toyuq - FOTO

Milli.Az lovely-culinary.com-a istinadən bildirir ki, toyuq filesini ortadan iki yere bölün, duz və istiot vurun. Zeytun yağında hər iki üzü qızarana qədər bişirib kənara qoyun.

Günün resepti: qaymaqlı göbələkli sous İlə toyuq - FOTO

Günün resepti: qaymaqlı göbələkli sous İlə toyuq - FOTO

Başqa bir qabda yağı qızdırıb soğanları xırda doğrayıb əlavə edin. Göbələkləri də doğrayıb bura əlavə edib suyu çəkilənə qədər bişirin.

Günün resepti: qaymaqlı göbələkli sous İlə toyuq - FOTO

Südün içinə unu töküb həll edin. Bu qarışımı da göbələklərin üzərinə töküb 3 dəqiqə bişirin , duz, istiot əlavə edib kənara çəkin.

Günün resepti: qaymaqlı göbələkli sous İlə toyuq - FOTO

Süfrəyə verdikdə qızarmış toyuqların yanına göbələkli sous əlavə edin. Dəmlənmiş düyü ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində