Bakı. Trend:

Vanuatu sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Port Olri şəhərindən 62 kilometr şimal-şərqdə, ocağı isə 175 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.