İŞİD Parisdəki terroru alqışladı

İŞİD Parisdəki terroru alqışladı
23:24 7 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

“İraq Şam İslam Dövləti” terror təşkilatının nümayəndəsi Əbu Müssab bəyan edib ki, İŞİD Parisdəki terror aktından şaddır.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə,  İŞİD təmsilçisi belə hadisələrin təkrarlanacağını da proqnozlaşdırıb.

 

“Onlar bizim azlanlarımızdır. Bu, ilk damcıdır, sonralar daha da artacaq. İslam aslanları peyğımbərə görə qisas aldılar”, - Müssabın bəyanatında deyilir. İŞİD nümayəndəsi müraciətini Suriyadan internet vasitəsilə yayıb.

 

Əbu Müssab deyib ki, “Charlie Hebdo”nun ofisinə hücum edənləri şəxsən tanıyır, onlar “əmirin və şeyx Üsəmanın (İŞİD lideri əmir Əbu Bəkr əl-Bağdadi və Üsəma bin Laden) yolu ilə gedirlər”.

 

Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Parisdə naməlum şəxslər “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına hücum ediblər. Binadakı atışma nəticəsində 12 nəfər ölüb. Basqınçılar hadisə yerindən qaça biliblər. Fransa prezidenti Fransua Olland hadisəni terror aktı kimi qiymətləndirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR