“Report” xəbər verir ki, bu barədə bazarın İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 7 ünvanında olacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin balansında olan qeyri-yaşayış sahəsinin qanunsuz istifadəsi nəticəsində dəymiş zərərin hesablanması, 2016-cı ilin yekun maliyyə-təsərrüfat hesabatının təsdiq edilməsi, müəssisənin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı səlahiyyətli şəxsin müəyyən edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Suraxanı Bazar” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42848 manatdır.