Dilənçinin üstündən 6340 AZN pul çıxdı - FOTOLAR

Dilənçinin üstündən 6340 AZN pul çıxdı - FOTOLAR
16:53 17 May 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə aparılan araşdırma nəticəsində küçələrdə diləndirilən uşaqların üzərindən inanılmaz məbləğdə pul tapılıb.

Publika.az xəbər verir ki, Türkiyənin Diyarbəkir bölgəsində çoxsaylı şikayətlər əsasında reyd keçirilib. Küçələrdə salfet satan uşaqların arasında Suriyadan gəlmiş vətəndaşlar da olmaqla bir neçə nəfər saxlanılıb.

Dilənçilərdən birinin üzərindən 14 min lirə (6340 AZN) pul tapılıb.

Polis dəstələri Suriyalı qaçqınların sıxlıq təşkil etdiyi ərazilərdə, park və küçələrdə dolaşan şübhəli şəxsləri saxlayıb.

Faktla bağlı araşdırmalar davam edir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR