Yollarına gül səpdilər -

İranda prezident seçkiləri ərəfəsində namizədlərdən İbrahim Rəisi paytaxt Tehranda mitinq keçirib. Mitinqdə 100 mindən çox insan iştirak edib. Tərəfdarlarının Rəisinin yoluna gül səpməsi maraqla qarşılanıb.

Metbuat.az-ın məlumatına görə, Xalq cəbhəsinin digər namizədi, Tehran meri Məhəmməd Baqir Qalibafın geri çəkilməsi ilə daha da güclənən İbrahim Rəisi rəqibi Həsən Ruhanini ağır sözlərlə hədəf alıb.

"Ruhaniyə nəsihətim var. Sabah kasetini önünə qoyduğumuz zaman inkar edə bilməyəcəyiniz sözlər deməyin", - deyə Rəisi vurğulayıb.

İranda növbəti prezident seçkiləri mayın 19-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR