Play Store

Konqresdə Trampın impiçmentini təklif etdilər

Konqresdə Trampın impiçmentini təklif etdilər
20:38 17 May 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü El Qrin prezident Donald Trampın impiçment elan edilməsini təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Demokratlar Partiyasının nümayəndəsi bu haqda Tvitter səhifəsində yazıb.

Qrinin sözlərinə görə, o, bu məsələni şəxsi siyasi hədəflərə görə qaldırmır. Onun sözlərinə görə, prezident də daxil olmaqla ABŞ-da heç kim qanundan yuxarıda dayanmır.

Nümayəndələr Palatasının üzvü xatırladıb ki, Tramp onun Rusiya ilə əlaqələrini araşdıran Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini istefaya göndərib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR