Yeni çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib - VİDEO

Yeni çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib - VİDEO
21:47 17 May 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

İctimai çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə bağlanmasına icazə veriləcək.

Bunun üçün hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları gərək çimərlik ərazisini görməyə maneçilik törətməsin.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyir ki, dəyişikliyin edilməsində məqsəd çimərliklərə gələn vətəndaşların rahatlığı və təhlükəsizliyini təmin etməkdir.

Torpaq Məcəlləsində dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılmasını tələb edir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR