Dünyanın ən kök adamları - MARAQLI FAKTLAR - FOTO

Dünyanın ən kök adamları - MARAQLI FAKTLAR - FOTO
21:57 17 May 2017
Ölkə mətbuatı
A- A+

Yer üzündə insanların çəki və boy ölçülərinin normalar üzrə xüsusi cədvəli tərtib edilir. Belə ki, bu normalar qadınlar üçün başqa, kişilər üçün isə tamam başqa cür hesablanır. Bəzən müəyyən xəstəliklər və qidalanma pozuntusu səbəbindən insanlar inanılmaz dərəcədə kilo alırlar.

Milli.Az sizə dünyaya gələn ən iri çəkili insanlar sırasında yer alan 10 insanın ağır həyatı haqqında maraqlı faktları təqdim edir:

1. Con Brover Minoc - 633 kiloqram

Con Brover Minoc 1941-ci ildə Amerikada anadan olub. 1979-cu ildə onun çəkisi 633 kiloqram olub.1983-cü ildə dünyasını dəyişən Con Brover Minoc hazırda dünyada ən ağır çəkili insan olaraq rekordu öz əlində saxlayır.

2. Xalid Bin Mohsen Şari - 610 kiloqram

Xalid Bin Mohsen Şari 1991-ci ildə Səudiyyə Ərəbistanında anadan olub. 2013-cü ildə onun çəkisi nə az, nə çox, düz 610 kiloqram olub. Səudiyyə Ərəbistanının kralı onun müalicəsinə kömək etmək məqsədilə Xalid Bin Mohsen Şarini paytaxt Ər-Riyada köçürüb. Mohseni evindən çıxarmaq üçün yükqaldıran maşından istifadə olunub. Müalicəsinin ilk 6 ayında 317 kiloqram arıqlamağa nail olub.

3. Manuel İrube - 598.7 kiloqram

Manuel İrube 1965-ci ildə Meksikanın Monterrey əyalətində anadan olub. Manuel çəkisi ilə hər zaman medianın diqqət mərkəzində olub. Ailə həyatı quran Manuel öz toyunda belə yatağından dura bilməyib. Müalicə nəticəsində 181 kiloqram arıqlayan Manuel ürək-damar xəstəliyindən və qaraciyər serrozundan 2014-cü ilin may ayının 26-da vəfat edib.

4. Robert Batler - 544.3 kiloqram

Amerikalı Robert Batler 1972-ci ildə anadan olub. 544 kiloqram çəkisi olan Robert yataq xəstəsi olub. 2015-ci ildə isə həyatını itirib.

5. Karol Yaqer - 544.3 kiloqram

1960-cı ildə Amerikada dünyaya gəlib. Ən ağır çəkili xanım olaraq tarixə düşüb. Evdən çıxması üçün 14 yanğınsöndürən maşın köməyi lazım idi. Heç bir cərrahi əməliyyat olmadan 235 kiloqram arıqlayıb. 1994-cü ildə dünyasını dəyişib.

6. Valter Hudson - 542.9 kiloqram

Hudson 1944-cü ildə Nyu-Yorkda anadan olub. Orqanizmdə gedən hormonal pozğunluqdan dolayı həddən artıq kökələn Valter 543 kiloqrama qədər yüksəlib. O, illərin ən ağır çəkili adamı adına layiq görülüb. Evinə gələn həkimlər onu xəstəxanaya aparmaq üçün evin divarlarını sındırıb Valteri evdən çıxarıblar. Müalicə nəticəsində 326 kiloqram arıqlayan Valter Hudson 1991-ci ildə infarkt diaqnozu ilə həyatını itirib.

7. Fransis Con Lanq - 538.4 kiloqram

1934-cü il təvəllüdlü Lanq normal bir uşaqlıq keçirib. Həkim nəzarəti olmadan qəbul etdiyi dərmanlar səbəbindən sürətlə kökəlməyə başlayıb. Con Lanq o dərəcədə kökəlmişdi ki, onu sərgiyə çıxartmışdılar. Onun nəhəng bədənini görmək üçün sərgiyə minlərlə insan gəlmişdi. 538 kiloya çatan Con Lanq dərmanları istifadə etməyi dayandırdı. Müalicənin köməyilə 170 kiloqram arıqlayan Con Lanq daha sonra seminarlar təşkil edərək özü kimi artıq çəkili insanlara dəstək olmağa başladı.

8. Maykl Hebranko - 499 kiloqram

1953-cü ildə Amerikada dünyaya gəlib. Qısa müddətlik də olsa, dünya rekordunu qıran Maykl bir sıra televiziya layihələrində iştirak edib. Reklam olunan bir sıra pəhriz və fiziki arıqlama üsullarından istifadə edən Maykl Hebranko 200 kiloqram arıqlasa da, 2013-cü ilin iyul ayında həyatını itirib.

9. Patrik Deuel - 486.2 kiloqram

Birləşmiş Ştatların Nebraska əyalətində restoran sahibi olan Patrik Deuel 486.2 kiloqram çəkisinə baxmayaraq, aktiv həyat tərzi keçirib. Dünyanın ən ağır insanları sırasında tanınan Patrik Deuel ağır qastrit diaqnozu ilə mədəsindən əməliyyat olunduqdan sonra sürətli arıqlamağa başlayıb. 258 kiloqram çəki itirən Patrik eyni zamanda dünyanın ən sürətli arıqlayan insanı olaraq tarixə düşüb.

10. Robert İrrel Hyuz - 485.3 kiloqram

1926-cı il iyun ayının 4-də Amerikada doğulan Robert İrrel Hyuz yaşadığı dövrün və əyalətin ən ağır çəkili insanı olub. Hələ 6 yaşında olarkən onun çəkisi 90 kiloqrama çatıb. Heç bir müalicə almayıb. Həyatından məmnun olan Robert İrrel Hyuz 1958-ci il iyul ayının 10-da dünyasını dəyişib. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR