Windows 10 Mobile üçün yeni sistem hazırlanır - VİDEO

Windows 10 Mobile üçün yeni sistem hazırlanır - VİDEO
08:52 18 May 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" korporasiyası "Build 2017" konfransında "Fluent Design System" sisteminin dizaynını nümayiş etdirərək yeniliyin tədricən tətbiq ediləcəyini və onun ilk elementlərinin bir neçə həftə sonra hiss olunacağını açıqlayıb. Korporasiya əsas funksiyaları qeyd edərək fərdi kompüter və planşetlər, "Xbox" oyun qurğusu və "HoloLens" əlavə reallıq eynəyi üçün "FDS" interfeysini təqdim edib. Daha sonra isə yeniliyin "Universal Windows Platform" platforması sayəsində "Windows 10 Mobile" əməliyyat sistemində quraşdırılacağı məlum olub. Bu isə o deməkdir ki, "FDS" interfeysli universal əlavələr fərdi kompüterlərdə olduğu kimi, smartfonlarda da göstəriləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, proqram tərtibatçıları istəklərinə uyğun dəyişikliklər edə bilsələr də, interfeysin əksər elementləri bütün platformalarla uyğunluq təşkil edəcək.

Məlumata görə, həmçinin, "Microsoft"un "Groove Music" və "Movies & TV" kimi mobil əlavələrində "FDS" elementlərinə rast gəlmək mümkündür.

"Fluent Design System" sisteminə tam keçid platformalar üçün növbəti böyük yeniləmənin təqdim ediləcəyi payıza planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/545387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR