Mosulda terror: 10 hərbçi həlak oldu

Mosulda terror: 10 hərbçi həlak oldu
09:37 18 May 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD qruplaşmasının İraqın Mosul şəhərinin qərbində törətdiyi terror aktları zamanı 10 hərbçi həlak olub.

Milli.Az report-a istinadən xbər verir ki, bu barədə "Anadolu" agentliyi İraqın federal polisinin nümayəndəsi Əddi Abdülvahab əs-Səidiyə istinadən xəbər verib.

Polis nümayəndəsinin sözlərinə görə, terror aktlarından biri Rıfai rayonunda təşkil olunub. Belə ki, kamikadze minalanmış avtomobili Terrorizmlə Mübarizə Bölməsinin əməkdaşlarının yaxınlığında partladıb. Nəticədə 3 hərbçi ölüb.

Daha iki terror aktı isə Mosulun qərbində, Uraybi rayonunda baş verib. Nəticədə 7 hərbi xidmətçi həlak olub.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR