İntihar edən Susanaya həyat yoldaşı işgəncə verirmiş

Bakıda intihar edən 32 yaşlı Susanna Şakir qızı Şərifova ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.

Metbuat.az xəbər verir ki, istintaq çərçivəsində qadının qeyri-rəsmi münasibətində olduğu əri Əbülfəs Baxşıyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaqa daxil olan məlumta əsasən, S.Şərifova 2009-cu ildən bəri birgə yaşadığı həyat yoldaşı tərəfindən mütəmadi olaraq zorakılığa məruz qalıb. Həttə Əbülfəs dostlarının yanında xanımının başını qırxaraq onu alçaldıb, tez-tez döyərək işgəncə verib. Daim saçlarını uzadan Susannanın hadisə günü saçlarının çox qısa olması da bunu göstərir.

Qeyd edək ki, Susanna mayın 15-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində özünü pəncərədən ataraq intihar edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR