"Azər-Türk Bank" tərəfindən 664 mln. manatlıq pul köçürülüb

"Azər-Türk Bank" tərəfindən 664 mln. manatlıq pul köçürülüb
11:17 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində "Azər-Türk Bank" ASC tərəfindən pul köçürmələri sistemləri vasitəsilə 73 628 əməliyyat yerinə yetirilib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, müxtəlif valyutalarda daxil olan və göndərilən bu köçürmələrin ümumi məbləği 663,7 mln. manat ekvivalentindədir.
"Bankın dünyanın aparıcı maliyyə-kredit təşkilatları, o cümlədən "Citibank" (ABŞ), "Raiffeisenbank AG" (Avstriya), "Commerzbank AG" (Almaniya), "T.C.Ziraat Bankası A.Ş." (Türkiyə) kimi iri banklarla müxbir əlaqələri mövcuddur ki, bu da köçürmələrin qısa zaman ərzində və ən başlıcası təhlükəsiz yerinə yetirilməsinə təminatdır", - deyə Bankdan bildirilib.
Səhmlərinin əsas hissəsi Azərbaycan və Türkiyə dövlətlərinə aid olan "Azər-Türk Bank"ın risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin səviyyəsi, məcmu kapitalın adekvatlığı, ROA və ROE əmsalına və digər göstəricilərinə görə ölkə bankları arasında ilk onluğa daxildir. Hazırda Bank qarşıya qoyulmuş strateji vəzifələri yerinə yetirir, biznesin səmərəli idarə olunması sayəsində ölkə maliyyə bazarının əsas seqmentlərində mövqelərini daha da möhkəmləndirir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azer-turk-bank-terefinden-664-mln-manatliq-pul-kocurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR