Play Store

Ağdamda 36 yaşlı idmançı protein qəbul etməsi nəticəsində ölüb

Ağdamda 36 yaşlı idmançı protein qəbul etməsi nəticəsində ölüb
13:07 18 May 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Ağdam rayon sakini protein qəbul etməsi nəticəsində dünyasını dəyişib.
"Report" Qarabağ bürosunun məlumatına görə, rayonun "Dörd yol - 2" qəsəbəsində məskunlaşan Ağdam rayon sakini 36 yaşlı Sabir İbrahimov qəflətən səhhətinin kəskin pisləşməsi nəticəsində Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, 36 yaşlı gəncin qara ciyəri sıradan çıxıb. Həkimləri səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının sözlərinə görə, Sabir İbrahimov 10 ilə yaxın idmanla məşğul olub. Ağır çəkili daşlardan istifadə edən gənc idmançı mütəmadi olaraq "Protein" vitamini qəbul edirmiş. İki azyaşlı övlad atası olan idmançının ölümündə səbəb vitamini həddindən artıq qəbul etməsi olub.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdamda-36-yasli-idmanci-protein-qebul-etmesi-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR