Azərbaycanlı idmançı proteindən öldü - FOTO

Azərbaycanlı idmançı proteindən öldü - FOTO
13:22 18 May 2017
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayon sakini protein qəbul etməsi nəticəsində dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun "Dörd yol - 2" qəsəbəsində məskunlaşan Ağdam rayon sakini 36 yaşlı Sabir İbrahimov qəflətən səhhətinin kəskin pisləşməsi nəticəsində Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, 36 yaşlı gəncin qara ciyəri sıradan çıxıb. Həkimləri səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının sözlərinə görə, Sabir İbrahimov 10 ilə yaxın idmanla məşğul olub. Ağır çəkili daşlardan istifadə edən gənc idmançı mütəmadi olaraq "Protein" vitamini qəbul edirmiş. İki azyaşlı övlad atası olan idmançının ölümündə səbəb vitamini həddindən artıq qəbul etməsi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR