Play Store

SKMF Ağdam sahibkarlarına 628 min manat güzəştli kredit verib

SKMF Ağdam sahibkarlarına 628 min manat güzəştli kredit verib
16:02 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunun Quzanlı qəsəbəsində işgüzar forum keçirib.
Nazirlikdən “Report”a verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov bu ilin ötən dövrü ərzində 320-yə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 31,7 mln. manat güzəştli kredit verildiyini, bu layihələrin reallaşdırılmasının 900-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını vurğulayıb. Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Arif Vəliməmmədov qeyd edib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq indiyədək 2000-ə yaxın məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 41 mln. manat (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) kredit verilib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 628 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, cins heyvandarlıq, arıçılıq, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək.
Ümumiyyətlə, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 36,8 mln. manat güzəştli kredit verilib.
Forum çərçivəsində Ağdam rayonunun Əfətli kəndində güzəştli kredit hesabına maliyyələşdirilmiş "Qara inək fermer təsərrüfatı" MMC-nin cins iribuynuzlu müasir heyvandarlıq kompleksinə baxış keçirilib. Qeyd edək ki, ötən ilin aprel ayında ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində müəssisəyə ciddi ziyan dəyib, çoxlu sayda mal-qara tələf olub. Təsərrüfata əlavə güzəştli maliyyə dəstəyi göstərilib və o, fəaliyyətini bərpa edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/skmf-agdam-sahibkarlarina-628-min-manat-guzestli-kredit-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.