Lerikdə ev yandı, heç nə çıxarmaq olmadı - FOTO-VİDEO

Lerikdə ev yandı, heç nə çıxarmaq olmadı - FOTO-VİDEO
17:12 18 May 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 17-də Lerikdə Tağıyeva Xansənəm xanıma məxsus 4 otaqlı ev yanaraq külə dönüb.

Milli.Az xəbər verir ki, hadisə saat 12 radələrində Lerik rayonu Ağçay kəndində baş verib.

Yerli sakinlərin Milli.Az-a bildirdiyinə görə, ev sahibi əlil insandır. Yanğın isə elektrik naqillərində qısaqapanma nəticəsində baş verib. Yanğın o qədər güclü olub ki, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.


Yanğın, əsasən kənd camaatının səyi nəticəsində söndürülüb. Sakinlərin sözlərinə görə, yanğınsöndürənlərin də hadisə yerinə gec gəlməsi evin tamamilə yanıb külə dönməsi ilə nəticələnib.

Qeyd edək ki, FHN-nin mayın 17-nə olan rəsmi məlumatına görə, Lerik rayonu, Ağqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Pünhan Mirzə

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Lerikdə ev yanıb kül oldu - Heç nə çıxarmaq olmadı - 1

Lerikdə ev yanıb kül oldu - Heç nə çıxarmaq olmadı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR