Play Store

Azərbaycanda qaçqınların qeydiyyat proseduru DƏYİŞDİ

Azərbaycanda qaçqınların qeydiyyat proseduru DƏYİŞDİ
20:13 18 May 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qaçqın statusu almış şəxslərin qeydiyyatına dair prosedur müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Beləliklə, şəxsə qaçqın vəsiqəsi verilərkən Dövlət Miqrasiya Xidməti eyni zamanda həmin şəxsi yaşayış yeri üzrə qeydiyyata alacaq. Bu məqsədlə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun tətbiqi haqqında Əsasnamə ilə müəyyən olunmuş sənədləri tələb edəcək. Yaşayış yeri olmayan qaçqın statusu almış şəxslər yaşayış yeri əldə edənədək Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yerləşdiyi yer üzrə qeydiyyata alınacaqlar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/199328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR