Məhəmmədrəsul Məcidov İslamiadanın qalibi oldu

Məhəmmədrəsul Məcidov İslamiadanın qalibi oldu
20:22 18 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boks yarışı başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sonuncu final görüşündə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov suriyalı Manaf Asaadla qarşılaşıb.

Həlledici görüşdə təmsilçimiz daha üstün oyun nümayiş etdirərək qızıl medal qazanıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 57-ci qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR