Millimiz Makedoniyanı məğlub etdi

Millimiz Makedoniyanı məğlub etdi
10:42 19 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Makedoniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2-ci yoldaşlıq oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimiz bu ölkənin müvafiq yaş qrupuna aid yığma komandası ilə üz-üzə gəlib.

Rəqiblər arasında ilk oyunda olduğu kimi bu dəfə də azarkeşlər iki qola şahid olub. Lakin bu dəfə hər iki topa futbolçularımız imza atıb. Fasiləyədək iki dəfə fərqlənən yığmamız Skopyedəki görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Makedoniya və Azərbaycan milliləri arasında ilk qarşılaşmada qalib müəyyənləşməmişdi - 1:1.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR