Play Store

"Röya deyir ki, Samir işləsə, hamımız batarıq" - VİDEO - FOTO

"Röya deyir ki, Samir işləsə, hamımız batarıq" - VİDEO - FOTO
12:05 19 May 2017
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Samir Cavadzadə maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, müğənni ilk olaraq dostları və onların uğurları haqda bunları dedi:

"Bəzi sənət dostlarımı müğənni olmamışdan qabaq da tanıyırdım. Mən, ümumiyyətlə, dostlarım üçün sevinirəm. Röya, Elnur, Natavan, hamısı mənə yaxındır. Ona görə ki, bu, belə olmalıdır. Mən niyə görə kiməsə paxıllıq etməliyəm. Onun öz sevənləri var, mənim öz sevənlərim. O gün Röya deyir ki, Samir işləsə, biz hamımız bata bilərik. Heç vaxt düşünməmişəm ki, mən gəlim, o birisi yox olsun. Hətta hamıya deyirəm ki, studiyada nəsə olsa, mən həmişə kömək etməyə hazıram. Rəqabət yaxşıdır. Ancaq görüb götürmək, onun kimi etmək başqa şeydir. Bu, paxıllıq deyil".

Samirin sözlərinə görə onun üçün yeni layihə şansları yaransa da, müğənninin qarşısına maneələr çıxarıb, ağ yoluna qara toxumlar əkənlər olub:

"Bəzi təkliflər var. Çalışdılar ki, təklifləri yox etsinlər, mənə qarşı pislik etsinlər. Bunları gördüm. Mən heç kimin qapısını döyəsi deyiləm ki, gəlim mənə qulaq as. Bunu etməmişəm, etməyəcəm də. Bu sənət daxilimdə varsa, mən niyə gedib kiməsə yalvarmalıyam".

Şou-biznes əhlinin oturduğu yerdə qazandığını söyləyənlərə kəsərli fikirlərini çatdıran müğənni çətinliklərdən danışıb:

"Çox insanlar fikirləşir ki, şou-biznes asan bir işdir. Nə olsun ey, gedib bir dənə mahnı oxuyub gəlirsiz. Pulu qoyursuz cibinizə. Heç kim də fikirləşmir ki, qazandığından çoxunu işinə xərcləyirsən. Əsəb, satqınlıq, badalaq gəlmə, quyu qazma hamısı şou-biznesdə var. Mənim içimdə belə şeylər yoxdur. Həmişə bütün bunları qıraqdan seyr edirəm və deyirəm ki, nəyə lazımdır?"

İfaçı qalmaqalla məhşurlaşanlardan da söz açıb:

"Belə məşhurluq mənə lazım deyil. Mən gələcəm, kimsə mənə söz atacaq, qalmaqal olacaq, şou xatirinə şou yaradaq. Bu, mənim üçün maraqsızdır. Bunu edən insanlarda çox böyük kompleks var. Qorxurlar ki, gündəmdən itəcəklər, onları yaddan çıxaracaqlar. Qalmaqal populyarlığı başqadır. Layihələrlə gündəmdə qalmaq başqadır. Mən ikincisini seçirəm".

Sonda isə Samir yaradıcılıq fəaliyyətindən bəhs edib:

"Mən tələsmirəm və tarix saymıram. Mahnı çıxarmışam. Lirik bir mahnıdır. Qabaqdan yay gəlir. Mahnı payıza daha uyğundur. Düşünürəm ki, yayda daha az dinlənə bilər. Ancaq deyirlər ki, ver, qulaq asacaqlar".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Röya deyir ki, Samir işləsə hamımız batarıq"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/546380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR