Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82
millimetrlik minaatanlardan da (49 mərmi) istifadə etməklə sutka
ərzində atəşkəs rejimini 139 dəfə pozub.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və
adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı,
Kəmərli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari və
Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi,
Muncuqlu, Ağbulaq, Ağdam kəndlərində və adsız yüksəkliklərdə,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam
rayonunun Şıxlar, Şirvanlı, Kəngərli, Baş Qərvənd, Cəvahirli,
Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino,
Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Veysəlli
kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam,
Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.