Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçimiz finala yüksəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, idmançımız Murtuzəli Müslümovun yarımfinal mərhələsindəki rəqibi qırğızıstanlı Ruslan Saybakasov olub.
Güləşçimiz rəqibə göz açmağa imkan verməyib - 14:3.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində