Gömrük Komitəsi "pomidor məsələsi"nə aydınlıq gətirdi

13:29 20 May 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi (DGK) ölkədə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiyaya pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin səbəb olması barədə məlumatlarla əlaqədar açıqlama yayıb. 

DGK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, ötən gün bir sıra KİV-də ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan  Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin - konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib. 

DGK bildirir ki, hazırda Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə  prosesində hər hansı problem yoxdur.

Son 2 gün ərzində şimal sərhədindən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib.

DGK onu da bildirir ki, iki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə həllini tapır

Dövlət Gömrük Komitəsi (DGK) ölkədə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiyaya pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin səbəb olması barədə məlumatlarla əlaqədar açıqlama yayıb.

DGK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, ötən gün bir sıra KİV-də ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan  Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin - konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.

DGK bildirir ki, hazırda Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə  prosesində hər hansı problem yoxdur.

Son 2 gün ərzində şimal sərhədindən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib.

DGK onu da bildirir ki, iki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə həllini tapır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR