Play Store

İkinci imtahan abituriyentlər üçün yaxşı imkan olacaq - VİDEO

İkinci imtahan abituriyentlər üçün yaxşı imkan olacaq - VİDEO
21:17 20 May 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Ali məktəblərə keçirilmiş birinci qəbul imtahanında aşağı bal toplamış abituriyentlərin qarşısında ikinci bir şans var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, onlar ikinci qəbul imtahanında da iştirak etməklə daha yüksək nailiyyət əldə edə bilərlər. Bu isə onların iki imtahan arasındakı vaxtdan daha səmərəli istifadə etmələrindən və ilk imtahanda buraxdıqları səhvləri təkrarlamamalarından asılıdır. Bu baxımdan təhsil ekspertlərinin abituriyentlərə bəzi tövsiyyələri var.
Ekspert Rəsul Ağayev abituriyentləri həvəsdən düşmək əvəzinə, imtahanlara daha böyük əzmlə hazırlaşmalarını tövsiyyə edir. Onun sözlərinə görə, onların daha yaxşı performans göstərmələri üçün sadəcə olaraq bəzi nüanslara fikir vermək lazımdır.
Abituriyentin ikinci imtahanda daha yüksək nəticə əldə etməsi bir az da valideynin ona münasibətindən asılıdır. Psixoloqlar deyirlər ki, ilk imtahanda aşağı nəticə göstərmiş abituriyenti sıxışdırmaq əvəzinə, ona ikinci imtahanda mənəvi dayaq olmaq daha müsbət nəticə verər.
Qeyd edək ki, ikinci qəbul imtahanı üçün elektron ərizə qəbulunun son tarixi may ayının 22-si gecə saat 23:59-da başa çatır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR