"2014-cü ilin oktyabr ayında VYPF-nin investisiya portfelinə ABB-nin 10 illik 8,25 kupon faizli 250 mln. ABŞ dolları həcmində istiqrazları alınıb. Emissiya bağlı üsulla xüsusi ofşor şirkət tərəfindən yerləşdirilib və yeganə investor VYPF-nin vəsaitlərini idarə edən Qazaxıstan Milli Bankı olub. İstiqrazlara investisiya qərarı da məhz Milli Bankın əməkdaşları tərəfindən verilib", - deyə D.Akişev bildirib.
Baş bankir həmçinin qeyd edib ki, "dünən Londonda kreditorlara təqdim olunan ABB-nin borcunun 3 restrukturizasiya planı investorlar üçün zərər və ya şərtlərin pisləşməsini göstərib. Bu mənada Milli Bank və hökumətimiz ən təhlükəsiz restrukturizasiya variantını seçəcək".
Xatırladaq ki, 2016-cl ilin mart ayında Qazaxıstan Milli Bankı Azərbaycan Maliyyə Nazirliyi və ABB-yə məktub göndərərək Bankın maliyyə vəziyyətindən narahat olduğunu bildirib. Paralel olaraq anlaşmanı həyata keçirən "Citigroup"a istiqraz sahibinin vaxtından əvvəl ödənişi tələb etmək hüququ barədə bildirilib.