[ 08 Yanvar 2015 09:57 ]



Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin iyulun 28-də Yevlax rayonunun Bünyadabad kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvlərinin vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşlarına ümumilikdə 15 000 manat məbləğində kompensasiya ödənilib.