Bakı. 4 iyun. REPORT.AZ/ İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştian Ronaldu UEFA Çempionlar Liqasının 3 final oyununda qol vurmuş oyunçu kimi idman tarixinə düşüb.
"Report" xəbər verir ki, o, bu gün keçirilən UEFA Çempionlar Liqasının final oyununun ilk hissəsinin 20-ci dəqiqəsində “Yuventus”un qapısına yol tapa bilib.
Oyunda ilk hesabı açan Ronaldu bununla UEFA Çempionlar Liqasının 3 final oyununda qol vurmuş oyunçu olub.
Qeyd edək ki, final oyununun birinci hissəsi heç-heçə başa çatıb – 1:1. Belə ki, "Real Madrid"in qol sevincindən 7 dəqiqə sonra bərabərlik təmin olunub. Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.