Meksikada quldurlar arasında baş vermiş toqquşmalarda 30-dən çox adam öldürülüb

Meksikada quldurlar arasında baş vermiş toqquşmalarda 30-dən çox adam öldürülüb
05:27 4 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Meksikanın ayrı-ayrı ştatlarında quldurlar arasında baş vermiş toqquşmalarda azı 30 adam öldürülüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hökumət orqanları xəbər yayıb.
Bildirilir ki, ən ağır cinayət Çiuaua ştatının Kuautemok şəhərində baş verib. Belə ki, əlində AK-47 avtomatı olan naməlum şəxs barlardan birinə daxil olaraq müştəriləri güllələyib. Yerli prokurorluğun verdiyi xəbərə görə, nəticədə 6 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
Sinaloa ştatının İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, daha 6 nəfər Quamuçil şəhərindəki toqquşmada öldürülüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-quldurlar-arasinda-bas-vermis-toqqusmalarda-30-den-cox-adam-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR